Ölkə futbolu

“Neftçi”nin prezidenti: “Bizim futbolçular o qədər kubok qazanıblar ki…”

"Bu gün Naxçıvanda əsl futbol bayramı yaşandı. "Xəzər Lənkəran" güclü idi və qalib gəldi".

Bu sözləri idmanxeber.com saytına açıqlamasında "Neftçi"nin prezidenti Sadıq Sadıqov deyib. Superkubok oyununda "Xəzər Lənkəran"a (2:1) məğlub olduqları matç barədə danışan Sadıqov daha sonra bunları dilə gətirib:

"Gözəl təşkilatçılığa görə, Vasif Talıbova təşəkkürümü bildirirəm. Bizim futbolçular o qədər kubok qazanıblar ki, elə bildilər bu dəfə də qalib gələcəklər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43