Kateqoriyasız

“Neftçi”nin prezidenti Şenol Güneşlə görüşdü

Avro-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena” ilə tanış olub.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi – prezident Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq “Neftçi” forması verilib.

Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43