Kateqoriyasız

“Neftçi”nin qarşılaşacağı 5 rəqib müəyyənləşdi, 1-i qaldı

Yanvarın 11-dən 24-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Neftçi”nin hazırlıq çərçivəsində qarşılaşacağı rəqiblərdən altısının adı müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paxtaxt təmsilçisi “Hajer” (Səudiyyə Ərəbistanı), “Foolad”  (İran), “Guizhou Rehne” (Çin), “Volın” (Lutsk, Ukrayna) və Moskva “Dinamo”sunun U-23 komandası ilə qarşılaşacaq.  

Bütün oyunlar “Mardan İdman Kompleksi”nin stadionunda oynanılacaq.

“Neftçi”nin bu matçlardan başqa, daha bir yoxlama görüşü nəzərdə tutulur.

Artıq komandanın yoxlama oyunlarının təqvimi də dəqiqləşib.

14 yanvar, 2015-ci il

“Neftçi”-“Hajer” (Səudiyyə Ərəbistanı)

17 yanvar

“Neftçi”-“Foolad”  (İran)

20 yanvar

“Neftçi”-“Guizhou Rehne” (Çin)

21 yanvar

“Neftçi”-“Volın” Lutsk (Ukrayna)

23 yanvar

“Neftçi”-“Dinamo” (Moskva, U-23)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43