Ölkə futbolu

“Neftçi”nin qış hazırlıq planı müəyyənləşdi

“Neftçi” PFK-nın qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, yanvarın 6-da Bakıda bir araya gələcək komandamız hazırlığı ayın 11-dək burada davam etdirəcək. Yanvarın 11-də isə “Neftçi” təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı komandamız 6 yoxlama oyunu keçirməyi planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43