Kateqoriyasız

“Neftçi”nin rəqibini yaxından tanıyaq: “Sevilya” səddində ilişən klub

“Neftçi” Avropa Liqasındakı rəqibini tanıdı.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Çernaqoriyanın “Mladost” komandası ilə qarşılaşacaq.

1950-ci ildə yaradılan komanda ev oyunlarında ağ, səfər matçlarına isə qırmızı rəngli formalarla çıxır. 

Tarixində bir dəfə Avropa Liqasına vəsiqə qazanan Podqoriça təmsilçisi 2013-14 mövsümündə 2 mərhələ adlaya bilib. Komanda yalnız “play-off”da “Sevilya”ya iki oyunun cəmində 1-9 hesabı ilə uduzaraq turnirlə vidalaşmalı olub. 

Əsasən yerli futbolçulardan formalaşan komandanın heyətində iki əcnəbi futbolçu var. “Mladost”un əcnəbiləri isə serblərdi. 

Komanda ev oyunlarını 2 min azarkeş tutumuna malik FSCG arenasında keçirir. 

Sonda onu da qeyd edək ki, “Mladost” Avroliqaya ölkə kubokunu qazanmaqla vəsiqə əldə edib. Komanda bitən mövsümü 4-cü pillədə başa vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43