İdman

“Neftçi”nin rəqibləri bəllidir

“Neftçi”ninəsas komandası Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə iki yoxlama oyunu keçirəcək. 

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisinin rəqibləri də bəlli olub.

 

“Ağ-qaralar” avqustun 31-də “Rəvan”la üz-üzə gələcək. Sentyabrın 3-də isə paytaxt futbolçuları əvəzedici heyətlə qarşılaşacaq.

 

Hər iki oyun İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək və saat 17:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43