Ölkə futbolu

“Neftçi”nin sabiq futbolçusu Flavinyo: “Neftçi”nin tarixini məhv edirlər”

“Neftçi”nin uğursuz çıxışı komandanın sabiq futbolçularının da diqqətindən yayınmayıb. 

İdmanxeber.com-un məlumatına görə, keçmiş qapıçı Saşa Stamenkoviçlə yanaşı, sabiq kapitan Flavinyo da Premyer Liqanın IV turunda “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətə reaksiya göstərməyə bilməyib.

 

Braziliyalı yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə “Neftçi” rəhbərliyini tənqid edib. O, bakılılarla qazandığı titulları da yada salıb: “Beş il ərzində 3 dəfə ölkə çempionu olduq, 2 dəfə kuboku qazandıq. Avropa Liqasının qrup mərhələsinə adlayan ilk Azərbaycan klubu kimi tarixə düşdük. 2 dəfə ilin, 3 dəfə ayın ən yaxşı oyunçusu seçildim, 38 qol vurdum… İndi isə onlar “Neftçi”nin tarixini məhv edirlər”.

 

Qeyd edək ki, Flavinyo 2010-2015-ci illərdə “Neftçi”nin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43