Kateqoriyasız

“Neftçi”nin sabiq futbolçusu “Keşlə”də

“Keşlə” yeni futbolçu ilə güclənə bilər.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu “Neftçi”nin sabiq futbolçusu Emin Mehtiyevi heyətinə cəlb edə bilər. Hazırda baxışda olan 27 yaşlı futbolçu “Keşlə”nin məşqçilər korpusunu qane etsə, o zaman onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Mehtiyev “Sumqayıt”, “Səbail” və “Qaradağ Lökbatan”da da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43