Dünya futbolu

“Neftçi”nin sabiq futbolçusu “Qalatasaray”da? – Dünən derbini stadiondan izlədi

“Neftçi”nin sabiq futbolçusu  Mateus Saldanya “Qalatasaray”la “Fənərbağça” (0:1) arasında baş tutan derbini izləyib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı forvard dünən keçirilən matçda stadionda olub. Türkiyə mətbuatı onun növbəti mövsümdən “sarı-qırmızılar”a transfer oluna biləcəyini vurğulayıb.

Xatırladaq ki, Saldanyanın 2027-ci ilə qədər “Partizan”la müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43