Ölkə futbolu

“Neftçi”nin sabiq müdafiəçisi rəsmən “Ştuttqart”da – FOTO

“Neftçi”nin sabiq futbolçusu Ailton Silva karyerasını “Ştuttqart”da davam etdirəcək.
İdmanxeber.com-un Bundesliqa klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Portuqaliyanın “Eştoril” klubunda çıxış edən braziliyalı futbolçu 2015/16 mövsümündə “Neftçi”də oynayıb. O, paytaxt klubunda 36 oyuna 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43