Ölkə futbolu

“Neftçi”nin “Şalke” ilə matçının vaxtı dəqiqləşdi

“Neftçi”nin hazırlıq planı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, iyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq.

Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın “Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq.

“Neftçi”nin yay hazırlıq planı ilə bağlı ətraflı məlumat yaxın günlərdə rəsmi saytda dərc olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43