Kateqoriyasız

“Neftçi”nin saxlaya bilmədiyi futbolçu: “Peşəkar komanda tapdım”

“Esperans” böyük və tarixi klubdur. Bu komandanı Afrika Çempionlar Liqasında izləmişəm və çempion olmaları məni ruhlandırdı, böyük həvəs gətirdi.”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”dən ayrılıb, Tunisin “Esperans” klubuna keçən Sabir Buqrin deyib.

O, daha sonra sözlərinə bunları əlvə edib:

“Klubla danışıqlar sürətlə getdi. Aparılan danışıqların yolu və sürəti məni heyran etdi. İlk dəfədir Afrika komandası ilə müqavilə imzalayıram. Burada da hadisələr Avropa komandalarındakı kimi cərəyan etdi. Sözün əsl mənasında peşəkar komanda tapdım. Klub prezidentinə, texniki heyətə, hər kəsə təşəkkür edirəm. Bura gəldiyim ilk andan başa düşdüyüm odur ki, “Esperans”da bütün titulları qazanmalısan. Yaxşı nəticələrə nail olmaq üçün əlimdən gələni edəcəyəm”.

Buqrin “Esperans”la müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43