Ölkə futbolu

“Neftçi”nin seriyası qırıldı

“Neftçi”nin Topaz Premyer Liqasındakı ev oyunlarında məğlubiyyətsizlik seriyası qırılıb.

İdmanxeber.az xəbər verir ki, bu, 18-ci turun “Səbail”lə görüşünə təsadüf edib. 1:2 hesabı ilə uduzan “ağ-qaralar” mövsümdə ilk dəfə öz meydanından xalsız ayrılıb.

Bunadək “Neftçi”nin çempionatdakı son ev məğlubiyyəti 2017-ci il noyabrın 19-na təsadüf etmişdi. Həmin gün “Qəbələ”yə 2:3 hesabı ilə uduzan “ağ-qaralar” 462 gündən sonra məğlubiyyətlə üzləşib. Ötən mövsüm 9, cari çempionatda 8 görüşdə uduzmayan komandanın 17 matçlıq seriyası qırılıb. Bu müddətdə paytaxt təmsilçisi 12 qələbə qazanıb, 5 heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43