Kateqoriyasız

“Neftçi”nin təklifi masada qaldı: “Hər iki tərəf bizə “yox” dedi”

Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Neftçi” “Rapid” səfəri öncəsi Misli Premyer Liqasının ilk turunda “Şamaxı” ilə qarşılaşmanın təxirə salınmasi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) və “Şamaxı”ya müraciət ünvanlayıb. Bu barədə futbolpress.az xəbər yayıb.

İdmanxeber.az-ın məlumatina görə, PFL bu müraciəti rədd edib və ilk tur olduğundan təxirə salınmanın mümkünsüzlüyü bildirilib.

Daha sonra matçın Şamaxıda yox, Bakıda, təbii örtüklü meydançada oynanılması istəyi ilə “Şamaxı”ya rəsmi müraciət ünvanlansa da, “şirlər” buna “yox” deyib.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev saytımıza açıqlamasında məsələyə münasibət bildirib:

“Biz həm PFL, həm də “Şamaxı”ya oyunun təxirə salınması ilə bağlı müraciət ünvanladıq. Lakin hər iki tərəf müraciətimizə “yox” cavabı verdi. Onlar bizə ilk tur olduğunu, Şamaxı futbolsevərlərini futbolsuz saxlaya bilməyəcəklərini bildirdilər. Biz hətta təklif etdik ki, heç olmasa oyun Bakıda olsun. Yerdəyişmə edək, I tur bizim meydanda, ikinci dövrədə də sizin stadionda oynayaq. Süni meydançadı, futbolçular zədələnə bilər, uzaq yol gedirik və s… Lakin buna da razılaşmadılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43