Ölkə futbolu

“Neftçi”nin taleyi rumınların əlində

“Neftçi”nin “Çixura” ilə ilk oyununu hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, iyulun 31-də keçiriləcək oyunu rumıniyalı Pavel Kristian Balajın rəhbərliyi etdiyi hakimlər briqadası idarə edəcək.

Yan xətt hakimləri Sebastian Eugen George və Mihay Ovidiu Artene olacaq. Katalin Sorin Popa isə 4-cü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, “Bakcell Arena”da baş tutacaq oyun saat 20:00–da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43