Ölkə futbolu

“Neftçi”nin ulduzu azarkeşlərlə görüşəcək

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində yerli futbol azarkeşləri ilə görüşəcək növbəti qonaq bəlli olub.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yanvarın 3-də saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunacaq.

Muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43