Ölkə futbolu

“Neftçi”nin ulduzu azarkeşlərlə görüş keçirib – Şəkillər

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində “Avropa Liqası muzeyi”ndə millimizin və “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də şəkil çəkdiriblər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Final oyunu bu il mayın 29-da keçiriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43