Ölkə futbolu

“Neftçi”nin üzvü Lənkəran səfərini xatırladı, “Qarabağ”la çempionluq oyunundan danışdı

“Gərgin oyun keçdi. Bilirdik ki, “İnter”lə oyun çətin keçəcək. Çünki onlar son turlarda yaxşı nəticələr qazanmışdı. İki dəfə məğlub durumdaykən heç-heçə etdik. Oyunu da uda bilərdik. İki dəfə geriyə düşdüyümüzə görə, düşünürəm ki, bir xal qazandıq, nəinki 2 xal itirdik. Ola bilərdi ki, biz bu oyunu uduzaq. Oyun baxımından biz qalib gələ də bilərdik, alınmadı”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov deyib.

Paytaxt klubunun gənc futbolçusu matçın baş hakimi Fariz Yusifovun penalti epizodu zamanı “İnter”in müdafiəçisi Brüs Abdullayeyə ikinci sarı vərəqə verməməsini başa düşmədiyini bildirib:

“Əgər həmin epizodda top oyunçunun əlinə dəyibsə və penalti vermisənsə, o zaman ikinci sarı vərəqəni də göstərməlisən. Ancaq əksinə oldu. Hətta biz Fariz Yusifova bildirdik ki, onun sarı vərəqəsi var. Lakin ikinci sarını Brüsə vermədi… Hakimləri də başa düşmək lazımdı. Qorxular ki, hansısa qərar verərlər, nəticəyə təsir edər. Ona görə də riskə getmirlər. Açığı bizim hakimlərlə hər hansı problemimiz olmur. Lənkərandakı hakim səhvlərindən başqa, qalan oyunlarda hakimlik qaydasında olub“.

Seyidov bu dəfə də xal itkisinə baxmayaraq, çempionluq yarışında sona kimi olacaqlarını bildirib:

“Hələ marafon qarşıdadı. Bizim “Qarabağ”la oyunumuz var. Çempionluq oyunu o matç olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43