Kateqoriyasız

“Neftçi”nin “Visla” ilə oyununun başlama saatı açıqlandı

“Neftçi”nin Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci sınaq matçının başlanma saatı açıqlanıb. 

Polşanın “Visla” (Plotsk) klubu ilə yanvarın 19-da keçiriləcək yoxlama oyunu Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” Türkiyədəki ilk görüşündə Macarıstanın “Kişvarda” klubu ilə 2:2 hesablı heç-heçə edib. Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib haqda əlavə məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43