Ölkə futbolu

“Neftçi”nin vitse-prezidenti: “Biz “Neftçi” klubu olaraq ümumilikdə Azərbaycan futbolunun inkişafına çalışırıq”

“Bakcell Arena”da “Neftçi” PFK-nın qapıçısı Emil Balayevin Almaniyanın “Ayntraxt” klubuna keçidi ilə bağlı mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, konfransda iştirak etmiş “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov media nümayəndələrinin suallarını cavablandırıb: “Neftçi”də gənc futbolçuların inkişafına xüsusi həssaslıqla yanaşılır. Klub prezidenti Sadıq Sadıqov şəxsən Emil Balayevin “Ayntraxt” klubuna keçidinin baş tutması üçün hər cür köməklik göstərdi. Klub rəhbərliyi çalışır ki, Emil kimi gənclərimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etsinlər. Biz “Neftçi” klubu olaraq ümumilikdə Azərbaycan futbolunun inkişafına çalışırıq. Emil Balayevə gələcək karyerasında uğurlar arzulayırıq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43