15 Avqust 2022
Kateqoriyasız

“Neftçi”nin yeni baş məşqçisindən ilk açıqlama: “Bu çağırışa hazıram”

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.

İdmqnxeber.az xəbər verir ki, klubun televiziyasına danışan mütəxəssis ilkin təəssüratlarını bölüşüb:

“İlk dəfədir, mənim üçün belə təqdimat təşkil olunur. Burada olduğuma görə çox sevinirəm. Çox yaxşı insanlarla qarşılaşdım. Onlarla əlaqə quruldu, məni Azərbaycana dəvət etdilər. Buna görə çox məmnunam.

Bir tərəfdən yaxşı oldu ki, heç kim mənim adımı hallandırmırdı. Ölkəmdə bunu gözlətmək heç də asan deyil. “Neftçi” böyük klubdur. Bir neçə məşqçi ilə danışıqlar aparılması normaldır. Onlar ən yaxşı seçimi etmək istəyirdilər. Çox şadam ki, seçim mənim üzərimdə oldu. Başqa mövzu barədə danışmaq istəmirəm, bu, mənə aid deyil. Klubun qərarıdır. Demək istədiyim odur ki, burada olduğumdan çox məmnunam”.

Çalışdırıcı “Neftçi”dəki hədəfləri barədə danışıb:

“Harada işləmişəmsə, həmişə böyük uğurlar qazanmaq, çempion olmaq istəmişəm. Mənim istəklərimlə klubun hədəflərinin üst-üstə düşməsi çox yaxşıdır. Yeganə məqsədimiz çempionluqdur. Bu çağırışa hazıram”.

Mütəxəssis “Neftçi”yə hücum futbolu oynadacağını söyləyib:

“Total, hücum futbolunu sevirəm. Eyni fəlsəfəyə sadiq qalacam. Söhbət təkcə meydandakı düzülüşdən getmir. Məşqçi heyətimlə komandanı analiz edəcəyik və baxacağıq ki, hansı sistemə uyğun gəlir”.

Regekampf öz köməkçilərini müəyyənləşdirdiyini bildirib:

“Bəli. Hər şey var. Həmişə işlədiyim köməkçilərlə çalışacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Mənim üzərimdə heyət baxımından təzyiq yoxdur” – Bordin

admin

Derbilərdə görünməmiş vərəqə sayı

admin

Fərid Qayıbov “Məmmədyarovlar” şahmat məktəbi ilə tanış oldu

Səxavət Qurbanov