• Ana səhifə
  • Müsahibə
  • “Neftçi”nin yeni transferi: “Bilirəm ki, qarşımıza çempionluq hədəfi qoyulub”
Müsahibə Ölkə futbolu

“Neftçi”nin yeni transferi: “Bilirəm ki, qarşımıza çempionluq hədəfi qoyulub”

“Neftçi”nin yeni transferi Mamadu Mbodj klubun rəsmi saytına müsahibə verib. 

– Yeni klubda özünüzü necə hiss edirsiniz?

– Hər şey yaxşıdır. Görürəm ki, səviyyəli komandamız var. Bəzi oyunlara baxıb, sözün yaxşı mənasında təəccüblənmişəm. Düzdür, güclü bir komandaya gəldiyimi bilirdim, amma yenə də yaxşı mənada heyrətləndim.

– Hava şəraitinə uyğunlaşa bilirsiniz?

– Bəli, artıq uyğunlaşmışam. Onsuz da Litvada daha da soyuqdur. Buranın havasını daha çox bəyəndim.

– Bəs komanda yoldaşlarınıza necə, adaptasiya ola bilirsiniz?

– Çox yaxşı komandamız var. Bura gələnədək heç kimi tanımırdım. Yalnız bir-iki dəfə Soni Mustivarla telefon vasitəsilə əlaqə saxlamışdım. O, “Neftçi” haqda çox yüksək fikirlər söyləmişdi. Sonini dinləyəndən sonra anladım ki, mütləq özümü bu komandada sınamalıyam.

-“Neftçi” hazırda ölkə çempionatında birinci yeri tutur…

– Bilirəm ki, qarşıya çempion olmaq məqsədi qoyulub. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Azarkeşlərimiz haqda nə deyə bilərsiniz?

– “Neftçi”nin güclü azarkeş ordusuna malik olduğunu bilirəm. Baxdığım qarşılaşmalarda da bunun şahidi olmuşam. İnanıram ki, öz oyunumla onların rəğbətini qazana biləcəm.

Oxşar xəbərlər

Yığmamızın ilk matçı İranla olacaq

admin

Maksim Mevedev: “Əsas odur ki, növbəti matçlarda xal itirməyək”

admin

Gəncədə gərgin anlar – FOTO

admin