“Neftçi”nin yeni transferi Mamadu Mbodj klubun rəsmi saytına müsahibə verib.
– Yeni klubda özünüzü necə hiss edirsiniz?
– Hava şəraitinə uyğunlaşa bilirsiniz?
– Bəli, artıq uyğunlaşmışam. Onsuz da Litvada daha da soyuqdur. Buranın havasını daha çox bəyəndim.
– Bəs komanda yoldaşlarınıza necə, adaptasiya ola bilirsiniz?
– Çox yaxşı komandamız var. Bura gələnədək heç kimi tanımırdım. Yalnız bir-iki dəfə Soni Mustivarla telefon vasitəsilə əlaqə saxlamışdım. O, “Neftçi” haqda çox yüksək fikirlər söyləmişdi. Sonini dinləyəndən sonra anladım ki, mütləq özümü bu komandada sınamalıyam.
-“Neftçi” hazırda ölkə çempionatında birinci yeri tutur…
– Bilirəm ki, qarşıya çempion olmaq məqsədi qoyulub. Bunun üçün əlimizdən gələni edəcəyik.
– Azarkeşlərimiz haqda nə deyə bilərsiniz?
– “Neftçi”nin güclü azarkeş ordusuna malik olduğunu bilirəm. Baxdığım qarşılaşmalarda da bunun şahidi olmuşam. İnanıram ki, öz oyunumla onların rəğbətini qazana biləcəm.