Kateqoriyasız

“Neftçi”nin yeni transferi: “Neftçi”də məqsədimə çatacam”

“Neftçi” Azərbaycanın ən köklü klubudur. Təbii ki, hər bir futbolçu iddialı komandada oynamaq istəyər. Mən də istisna deyiləm”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Məhəmməd Qurbanov klubun rəsmi saytına deyib.

Millimizin üzvü yeni komandasında məqsədinə çatacağına inandığını bildirib: “Çalışacağam ki, “Neftçi”də özümü ən yaxşı tərəfdən göstərim. Bu milli komanda karyerama da müsbət təsir edəcək. Qarşıda bizi yoxlama oyunları və ən əsası Avropa Liqası turniri gözləyir. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədlərə çatacağıq.”

Qeyd edək ki, Məhəmməd Qurbanov “Neftçi” ilə iki illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43