16 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi”nin yeni transferini açıqladılar

Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte “Neftçi”yə keçib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Pavel Kolev ölkə mətbuatına açıqlamasında deyib. Syerra Leone millisinin vingerinin keçidində Azərbaycan klubu ilə anlaşdıqlarını təsdiqləyib.

23 yaşlı oyunçunun bu həftə Bakıya gələcəyi vurğulanıb.

Ötən ilin yayında “Lokomotiv”ə keçən Alfa Konte komandanın heyətində 13 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43