Kateqoriyasız

“Neftçi”nin yeni vitse-prezidenti: “Sumqayıt”la oyuna 1 avtobus ayrılmışdı”

“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov “Sumqayıt”la səfər oyunundan sonra jurnalistlərə açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, klub rəsmisi ilk növbədə “Sumqayıt”la oyuna toxunub:

“Əlbəttə ki, oyunu qələbə ilə bitirməyimiz çox xoş haldır. Növbəti 3 xalımızı qazandıq. Çempionluq yolunda hər bir xal bizim üçün vacibdir. Daha çox qol imkanlarımız oldu və daha çox fərqlənə bilədik. Çalışacağıq ki, növbəti oyunlarda bu çatışmamazlqılarə da aradan qaldıraq və daha çox fərqlənək.

“Qaradağ Lökbatan” və “Bakı” ilə oyunlar yoxlama oyunları keçirdik. Bu cür oyunlarda isə yeni, gənc futbolçuları yoxlamaq baxımından baş məşqçi üçün bir şans idi.  “Sumqayıt”la oyunda da gördünüz ki, start heyətində 6 yerli futbolçu yer almışdı”.

Məmmədov “Sumqayıt”la oyunda komandanın dəstəksiz qalmasına belə şərh verib:  

“Heç bir rəsmi məlumat verilməyib ki, bura azarkeş gələcək.  Çünki bizim özümüzə də bununla bağlı rəsmi müraciət edən olmayıb.  Açığı “Sumqayıt”la oyuna 1 avtobus ayrılmışdı və rəsmi şəkildə müraciət olunan azarkeşlər bu gün Sumqayıta gəlmişdi. “Neftçi”nin bütün fanatları bizim üçün əzizdir. Ona görə kim müraciət etsə idi Sumqayıta gələ bilərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43