Ölkə futbolu

“Neftçi”nin yubiley məğlubiyyəti

Azərbaycan kubokunun “Qarabağ”la yarımfinal oyunu “Neftçi” üçün uğursuz yubileylə əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, mərhələnin ilk qarşılaşmasını evdə keçirən Bakı təmsilçisi öz meydanında 0:2 hesabı ilə uduzub. Bu, “ağ-qaralar”ın kubokdakı 10-cu ev məğlubiyyəti olub. Bunadək bakılılar doğma azarkeşləri önündə keçirdiyi 70 matçda cəmi 9 dəfə uduzmuşdu. 71-ci matçda “10”a çatan paytaxt futbolçuları 47 qələbə qazanıb, 14 dəfə heç-heçə edib. Öz meydanında 142 qola sevinən “Neftçi” 43 top buraxıb.

Qeyd edək ki, 1/4 finalın “Zirə” ilə ev oyununda 1:2 hesabı ilə uduzan “Neftçi” öz meydanında ardıcıl 2-ci dəfə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43