İdman

“Neftçi”nin zədəliləri sıraya dönür

“Neftçi”nin iki futbolçusu zədəsini sağaldıb.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçular – Elnur Cəfərov və Ömər Buludov məşqlərə başlayıblar. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində zədə alan Cəfərov bu gündən fitnes zalında məqşlərə start verib. Hücumameyilli yarımmüdafiəçi 2 həftədən sonra kollektivlə məşqlərə başlayacaq. Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən “Neftçi”nin əsas komandası ilə hazırlığa start verib.

Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının XVI turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43