Kateqoriyasız

“Neftçi”yə yeni qol vurmağın vaxtı çatıb”

“Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunda qarşılaşacaqları “Neftçi” ilə oyun barədə fikirlərini açıqlayan yarımmüdafiəçi qələbəyə inamlı olduqlarını bildirib:

“Nəticələrimiz pis olsa da, hər oyuna olduğu kimi, bu oyuna da qələbə əzmi ilə çıxacağıq. Çətin olduğunu bilsək də, həmişə bacaracağımıza inanırıq”.

Qarəhmədov 2018/19-cu il mövsümündə (24.02.2019) “Neftçi”yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri oyunda vurduğu qol barədə də fikirlərini bildirib: “Neftçi”yə vurduğum qolun karyeramda xüsusi yeri var və artıq üstündən üç il keçib. Məncə, yeni qolun vaxtı gəlib çatıb”.

Noyabrın 27-də keçiriləcək “Neftçi” – “Səbail” matçına saat 18:15-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43