Dünyadan

“Neftçi”yə gələcəyi iddia olunan rusiyalı baş məşqçi: “Dönən kimi müqavilə imzalayacam”

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin yeni iş yeri məlum olub.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı mütəxəssis Mahaçkalanın “Anji” klubuna başçılıq edəcək.

Bu barədə təcrübəli mütəxəssis Rusiya mətbuatına açıqlamasında özü məlumat verib.

“Hərtərəfli razılaşmışıq. Yalnız sənədə qol çəkməyim qalıb. İstirahətdən dönən kimi müqavilə imzalayacam”.

Xatırladaq ki, “Mordoviya” Yuri Syominin rəhbərliyi altında Rusiya Premyer Liqasında 2014/2015 mövsümünü 8-ci pillədə başa vurub. Onun adı “Neftçi” ilə birgə hallanırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43