Ölkə futbolu

“Neftçi”yə sevinc haram: daha bir ciddi itki

“Premyer Liqanın 25-ci turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın hücumçusu Ernest Nfor zədələnib. Paytaxt klubunun kamerunlu forvardı böyük ehtimalla “Qəbələ”ylə səfər matçında meydana çıxa bilməyəcək. 

Əvəzində isə “Neftçi”nin Lənkəran səfərində qırmızı kart görən üzvləri – Bruno Bertuççi və Karlos Kardozo çətin səfərdə paytaxt komandasına kömək edə biləcəklər. 

Xatırladaq ki, “Qəbələ” – “Neftçi” matçı martın 9-da saat 13:00-da Qəbələ Şəhər Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43