Ölkə futbolu

Nəhayət ki: “Xəzər Lənkəran”da gözlənilən keçid baş verdi, qaldı biri

“Xəzər Lənkəran” qapıçı axtarışlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Sloveniyada təlim-məşq toplantısında olan komanda hazırda qapıçı transferi üçün çalışır. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, həm yerli, həm də legioner qapıçılarla danışıqlar gedir. Məsələyə yaxın günlərdə nöqtə qoyulması gözlənilir.

Bundan əlavə klubdan saytımıza məlumat verilib ki. qapıçılar üzrə məşqçi məsələsi də həllini tapıb.  “Sivasspor”da çalışan Murat Göksu Lənkəran klubunda qapıçılar üzrə məşqçi olacaq. 

Qeyd edək ki, Murat Sivas klubunda Roberto Karlosun köməkçisi olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43