Dünya futbolu

Neymar 3 oyunluq cəzalandı: “El Klassiko”nu buraxacaq

İspaniya Futbol Federasiyası “Barselona”nın futbolçusu Neymarı 3 oyunluğa cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə, forvard “Malaqa” ilə qarşılaşmadakı hərəkətinə görə belə cəzaya məruz qalıb. Qırmızı vərəqə aldığına görə, o, avtomatik olaraq 1 oyun cəza alıb. Daha 2 oyun isə meydanı tərk edərkən 4-cü hakimə gülməsinə görə əlavə edilib.

“Barselona”nın La liqada qarşıdakı 3 oyunda rəqibləri “Real Sosyedad”, “Real” və “Osasuna”dır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43