Dünyadan

Neymar Braziliya millisinin son məşqində zədələndi – VİDEO

Braziliya millisinin forvardı Neymar son məşqdə zədələnib. 

İdmanxeber.com-un məlumatına görə, ikitərəfli oyun zamanı sağ ayağı burxulan təcrübəli futbolçu yerdə qalıb. Həkimlərin müdaxiləsindən sonra Neymar sərbəst şəkildə ayağa qalxıb.

Braziliya seçməsinin baş məşqçisi Luis Felipe Skolari hazırlıq prosesinin ardından verdiyi açıqlamada bildirib ki, Neymarın zədəsi ciddi deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43