Dünya futbolu

Neymar bu gün debüt edə bilməyəcək

PSJ-nin yeni transferi Neymar Fransa Liqasında 2017/2018 mövsümünün ilk turunda iştirak etməyəcək.

Braziliyalı hücumçu “Amyen”lə bu gün keçiriləcək oyunu buraxacaq. Transfer sənədləri gecikdirildiyindən PSJ Neymarın adını çempionatın iştirak ərizəsinə daxil edə bilməyib.

Xatırladaq ki, Braziliya millisinin üzvü “Barselona”dan PSJ-yə 222 milyon avro müqabilində keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43