Dünya futbolu

Neymar: “Messi tam başqa bir səviyyədə çıxış edir”

“Barselona”nın futbolçusu Neymar komanda yoldaşı Messi barədə danışıb.

İspaniya mətbuatına açıqlama verən braziliyalı gənc ulduz bu il də “Qızıl top”u Messinin qazanmalı olduğunu deyib:

“Messi tam başqa bir səviyyədə çıxış edir. Oyununa heyranam və ona böyük hörmətim var. Ardıcıl 4 il dünyanın ən yaxşı futbolçusu seçilib və bu il də “Qızıl Top”u qazanmaq şansları var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43