İdman

Neymar neçə aylıq sıradan çıxdı?

Fransanın PSJ klubunun futbolçusu Neymar zədə üzündən neçə müddət yaşıl meydanlardan kənar qalacağı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “L’Equipe” nəşrinə 26 yaşlı braziliyalı hücumçunun eyni zamanda meneceri olan atası bildirib. Neymar ən azı 8 həftə komandasına kömək edə bilməyəcək. Bu isə 2 ay deməkdi. Beləliklə, forvard martın 6-da İspaniyanın “Real” Madrid komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxmalı olacaq. Paris təmsilçisi səfərdə keçirdiyi ilə görüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43