Dünya futbolu

“Neymar PSJ-dən ayrılmayacaq” – Neymarın atası

PSJ-nın ulduzu Neymarın komandadan ayrılıb-ayrılmayacağına aydınlıq gəlib. Bu barədə braziliyalı futbolçunun atası Neymar Santos məlumat verib.

Fransa mətbuatına müsahibə verən N.Santos oğlunun Parisdə xoşbəxt olduğunu billdirib:

“Neymar PSJ-də xoşbəxtdir. Hələ müqaviləsnin yarısına gəlməyib. Onun haqqında hər zaman transfer xəbərləri çıxır. Bu da normaldır. Ancaq Neymar PSJ-dən ayrıımayacaq”.

Qeyd edək ki, Neymar 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43