Dünya futbolu

Neymar qərarını verib – PSJ-dən ayrılır?

Neymar PSJ-dən ayrılmaq niyyətində deyil.

İdmanxeber.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb. Bildirilir ki, braziliyalı futbolçu Parisdəki durumundan narazı deyil. O, klubdan ayrılmaq istəmir.

PSJ- ilə 2027-ci ilə qədər müqaviləsi olan Neymar sözləşməsinin sonuna qədər qalmaq fikri var. Ancaq rəhbərlik ona komandada qalması üçün israr etmir.

Klub rəsmisi Luis Kampos Neymarın PSJ-ni tərk etməsinin əleyhinə deyil. Ulduz oyunçunun daha öncə klubdakı nizam-intizamı pozduğu barədə iddialar da var idi.

31 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43