Dünya futbolu

Neymar “Real”da məşq edib – FOTO

“Barselona”nın yeni transferi Neymarla bağlı maraqlı faktlar ortaya çıxıb.

“AS” nəşrinin yaydığı xəbərə görə, braziliyalı futbolçu daha öncə Madrid “Real”ında baxışda olub. Həmin vaxt o, 14 yaşında olub.

Kral klubu 2006-cı ildə Neymarın “Real”da məşq etdiyi barədə sənədləri İspaniya Futbol Federasiyasına göndərib. Neymarın atası və meneceri Neymar üçün klubdan 60 milyon avro istəyib.

“Real”ın prezidenti bu pulun verilməsinə razı olsa da, klubun meneceri Karlo Martinez de Albornoz onu  bu fikrindən daşındırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43