Dünya futbolu

Neymar: “Real”ı geridə qoya bilərik”

“Barselona”nın hücumçusu Neymar La Liqadakı çempionluq mübarizəsini dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı forvard komandasının çempion ola biləcəyini vurğulayıb:

“Bilirəm ki, bu, çox çətin olacaq. Lakin futbolda mümkünsüz heç nə yoxdur. Ötən mövsüm liderlə xal fərqimiz 12 idi. Lakin sonda cüzi fərqlə çempion olduq.  Qarşıda hələ çox oyun var, ona görə də vəziyyət dəyişə bilər. Biz hər oyunda qələbəyə köklənirik. Məqsədimiz  bütün gücümüzü meydanda qoyub, sona qədər qızıl medallar uğrunda mübarizə aparmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43