Dünya futbolu

Neymar rəsmən PSJ-də!

“Barselona”nın futbolçusu Neymarın PSJ-yə keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı hücumçu ilə 2022-ci ilin iyul ayına qədər müqavilə imzalanıb. 222 milyon avroya transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub.

Bundan əvvəlki rekord "Mançester Yunayted"in 2015/16 mövsümündə "Yuventus"dan 105 milyon avroya transfer etdiyi fransalı futbolçu Pol Poqbaya aid idi.

PSJ Neymarla müqavilənin maliyyə detallarını açıqlamayıb. Fransa mətbuatının yaydığı məlumata görə, onun illik gəliri 30 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildən “Barselona”da çıxış edirdi. O, Kataloniya klubunda 186 oyuna 105 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43