Dünya futbolu

Neymar Ronaldinyonu geridə qoydu

“Barselona”nın futbolçusu Neymar İspaniya çempionatının 22-ci turunda katalonların heyətində 95-ci topunu vurub.

İdmanxeber.com-un məlumatına görə, o, bununla da vurulan qolların sayına görə əfsanəvi Ronaldinyonu ötüb. Xatırladaq ki, Ronadinyo 2003-2008-ci illərdə Barselonanın şərəfini qoruyub. Klubun tarixində ən məhsuldar futbolçu isə hazırda 485 qola malik Lionel Messidir.

Qeyd edək ki, Neymar “Barselona”ya 2013-cü ildə “Santos”dan gəlib. Bu mövsüm o, 18 oyunda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43