Dünya futbolu

Neymar tibbi müayinədən keçdi

Neymar PSJ üçün Porto şəhərində tibbi müayinədən keçdikdən sonra Barselonaya qayıdıb.

İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı braziliyalı atası və agentinin müşayiəti ilə axşam saatlarında Barselonaya dönüb. Neymar hər şey haqqında bu gün danışacağını bildirib.

Məlumata görə, transferlə bağlı rəsmi məlumat cümə günü verilməlidir.

Paris klubu futbolçu üçün tələb edilən 222 milyon avronu qətərlilərin fondundan ödəmək fikrindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43