03 Oktyabr 2024
Dünya futbolu

Neymar yayda “Barselona”ya qayıda bilər

“Əl Hilal”ın braziliyalı hücumçusu Neymar gələn yay “Barselona”ya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalıların 2025-ci ilin yayında əsas transfer hədəfi “Mançester Siti”nin hücumçusu Erlinq Haalanddır. Müqavilə uğursuz olarsa, rəhbərlik azad agent olacaq Neymarı geri qaytarmağa çalışacaq.

“Barselona” yüksək keyfiyyətli cinah oyunçusunu pulsuz transferlə almaqda maraqlıdır.

Neymar 2013-cü ilin iyulundan 2017-ci ilin avqustuna qədər “Barselona”da çıxış edib. Ötən yay braziliyalı “Əl-Hilal”la 2 illik müqavilə imzalayıb.

“Transfermarkt”ın məlumatına görə, 32 yaşlı Neymarın bazar dəyəri 30 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43