Dünya futbolu

Neymar yenə debüt edə bilməyəcək

Neymarın Fransanın PSJ klubunda debütü bu həftə də baş tutmayacaq.

İdmanxeber.com-un məlumatına görə, səbəb futbolçunun transferi ilə bağlı beynəlxalq sertifikatın hələ də Fransa Futbol Liqasına  təqdim olunmamasıdır.

Fransa mətbuatı sənədin “Barselona” tərəfindən qəsdən gecikdirildiyini yazıb.

Qeyd edək ki, PSJ avqustun 13-də “Qenqam”ı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43