Dünyadan

Neymara qarşı ikinci ittiham – Yenə saxtakarlıq

Uzun müddətdir qalmaqalları ilə mətbuatın gündəmində yer alan “Barselona”nın futbolçusu Neymar növbəti dəfə diqqət mərkəzinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, “Santos”dan Kataloniya klubuna keçidi zamanı transfer qiymətini saxtalaşdırmaqda ittiham edilərək məsuliyyətə cəlb edilən braziliyalı ulduz oyunçu bu dəfə vətənindən gələn xəbərin şokunu yaşayıb. Belə ki, Neymar 2006-13-cü illərdə Braziliyada ödəməli olduğu vergiləri fiziki şəxs kimi yox, hansısa şirkət kimi ödəyib. Bu isə o deməkdi ki, o, gəlir vergisini daha kiçik faizlərlə ödəməklə saxtakarlığa nail olub. Məsələ ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Braziliya qanunlarına görə, şirkətlər fiziki şəxslərdən fərqli olaraq daha az vergi ödəyirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43