Dünya futbolu

Neymardan 100-cü qol

“Barselona”nın futbolçusu Neymar üçün İspaniya La Liqasının 29-cu turunda “Qranada” ilə oyun (4:1) əlamətdar olub.

İdmanxeber.com-un məlumatına görə, matçın 90-cı dəqiqəsində fərqlənən braziliyalı hücumçu Kataloniya klubundakı 100-cü qolunu vurub. O, bu qolları 177 oyunda  vurub.

Qeyd edək ki, Neymar klubun tarixində 100 qol vuran 3-cü braziliyalı oyunçu olub. Bundan əvvəl Rivaldo (130 qol) və Evaristo (105) 100 qol səddinə çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43