“Barselona”nın futbolçusu Neymar Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı hücumçu buna PSJ ilə cavab oyununda iki qol ötürməsi verərək nail olub. Bu mövsüm sözügedən turnidə qol ötürmələrinin sayını 8-ə yüksəldən Neymar bu göstəricidə ÇL-in tarixində rekord qırıb.
Qeyd edək ki, bundan əvvəl kirekord Xavi, Zlatan İbrahimoviç və Məsut Özilə məxsus idi. Onlar bir mövsüm 7 qol ötürməsi vermişdilər.