Dünya futbolu

Neymarın ad günü öncəsi zədələri davam edir

PSJ-nin futbolçusu Neymar doğum günü öncəsi ikinci oyunu da buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisinin fevralın 4-də “Tuluza”ya qarşı keçirəcəyi görüşdə braziliyalı futbolçu forma geyinməyəcək. Onun ayaq əzələsində ağrıları olduğu bildirilir.

Ulduz futbolçunun gələn həftə sonu yaşıl meydanlara qayıdacağı gözlənilir. Neymar ötən tur “Monpelye”yə qarşı oyunda da zədə səbəbindən iştrirak etməmişdi.

Xatırladaq ki, braziliyalı hücumçunun fevralın 5-də 31 yaşı tamam olur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43